"Özümü saxlaya bilmədim" - Putin DÇ-2022-nin final oyununa yarımçıq baxıb

21 Dekabr 2022 10:20 Dünya çempionatı 521
"Özümü saxlaya bilmədim" - Putin DÇ-2022-nin final oyununa yarımçıq baxıb

Rusiya prezidenti Vladimir Putin DÇ-2022-nin Argentinanın qələbəsi ilə bitən finalın oyunundan danışıb.

Sportinfo.az xəbər verir ki, Putin Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra keçirilən mətbuat konfransında mundialın həlledici qarşılaşması barədə də fikirlərini bölüşüb:

“Matçın ikinci yarısına baxmışam. Həmin vaxt hesab artıq 2:2 idi. Əlavə vaxtı izləmədim. Amma sonra əlbəttə ki, özümü Argentina prezidentinə (Alberto Fernandes) zəng vurub, onu təbrik etməkdən saxlaya bilmədim.

Bilirəm ki, Argentina futbol ölkəsidir. Orada insanlar həqiqətən futbola fərqli duyğularla yanaşırlar.

Aparıcı oyunçular başda olmaqla, öz oyunçularını çox sevirlər. Onların qələbəyə layiq olduqlarını düşünürəm”.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti