Messidən gecikməyən ŞOK ETİRAF - VİDEO

21 Dekabr 2022 03:20 Dünya çempionatı 739
Messidən gecikməyən ŞOK ETİRAF - VİDEO

Argentina millisinin kapitanı Lionel Messi 30 il öncə yayımlanan müsahibəsini instaqram hesabında paylaşıb.

Sportinfo.az xəbər verir ki, paylaşımda Messinin futbol karyerası və iştirak etdiyi dünya çempionatları yer alıb.

“30 ilə yaxındır ki, futbol mənə çoxlu sevinc və kədər bəxş edir. Həmişə dünya çempionu olmaq arzusunda idim. Bunun heç vaxt olmayacağını düşünsəm belə, cəhd etməyi dayandırmaq istəmədim.

Əldə etdiyimiz bu kubok 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında qalib olmayanların hamısı üçündür. Çünki orada iştirak edən hər kəs buna layiq idi. Mən və hamımız buna layiq idik.

Hər şey bizim istədiyimiz kimi getməsə belə, qazandığımız qələbədir.

Qələbə gözəl qrup, məşqçilər korpusu və bizim üçün işi asanlaşdıran bütün insanların haqqıdır.

Çox vaxt uğursuzluq yolun və öyrənmənin bir hissəsidir və xəyal qırıqlığı olmadan uğurların gəlməsi mümkün deyil”,-deyə Messi qeyd edib.

18 dekabrda keçirilən dünya çempionatının finalında Argentina millisi qalib olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da