Millinin futbolçuları helikopterlərlə evlərinə yola salındı - VİDEO

21 Dekabr 2022 01:00 Dünya çempionatı 307
Millinin futbolçuları helikopterlərlə evlərinə yola salındı - VİDEO

Argentina milli komandasının futbolçuları hava limanından helikopterlə təxliyə ediliblər.

Sportinfo.az xəbər verir ki, buna səbəb hava limanında azarkeş izdihamının yaranması olub.

Belə ki, futbolçuları daşıyan avtobus Buenos-Ayresin mərkəzinə qədər təxminən 17 kilometr yolu qət etmək məcburiyyətində qalıb.

Lakin insan izdihamının artması səbəbindən yola davam etmək mümkün olmayıb. Ona görə də idmançılar helikopterlərlə evlərinə yola salınıb.

DÇ-2022-nin finalında Fransa yığmasını məğlub edən Argentina tarixində 3-cü dəfə dünya kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti