Argentina millisinə 10 milyon dollar - CONMEBOL-verəcək

19 Dekabr 2022 22:00 Dünya çempionatı 325
Argentina millisinə 10 milyon dollar - CONMEBOL-verəcək

Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) DÇ-2022-də çempion olan Argentina millisinə ödədiyi mükafatın məbləği bilinib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun prezidenti Alexandro Dominges rəsmi “tvitter” hesabında paylaşım edib.

Argentina millisi final oyunundan sonra paltardəyişmə otağında 10 milyon dollar alıb.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"