"Heç ağlıma da gətirməzdim ki, kuboku əlimdə tutacam"

19 Dekabr 2022 18:20 Dünya çempionatı 467
"Heç ağlıma da gətirməzdim ki, kuboku əlimdə tutacam"

Argentinalı yarımmüdafiəçi Rodriqo de Paul DÇ-2022-nin final mərhələsinin Fransa ilə oyunu (3:3, penaltilər – 4:2) barədə fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “Atletiko”nun futbolçusu hər matçda daha da güclü çıxış etdiklərini dilə gətirib:

“Biz dünya çempionuyuq. Başqa nə deyəcəyimi bilmirəm. Heç ağlıma da gətirməzdim ki, kuboku əlimdə tutacam.

Biz döyüşmək üçün doğulmuşuq. Hər bir argentinalı bunu bilir. Hər matçda daha da gücləndik. Bu gün mənim həyatımın ən önəmli günlərindən biridir.

Bu, əbədiyyətin açarıdır. Qələbə qazanmağı bacardığımız üçün tarixdə əbədi qalacağıq. Bunun üçün hər şey edən 26 nəfərin şərəfinə bu gün bayrağımız göyə qaldırılır. Biz buna layiqik”.

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR