"Kaş ki, bu sualı verməsəydiz...aha pis də ola bilərdi"

19 Dekabr 2022 15:40 Dünya çempionatı 323
"Kaş ki, bu sualı verməsəydiz...aha pis də ola bilərdi"

Fransa milli komandasının baş məşqçisi Didye Deşam DÇ-2022-nin Argentina ilə final oyunundan sonra hakimlikdən narazılıq edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bunları deyib:

"Kaş ki, bu sualı verməsəydiniz. Dediklərimə diqqətli olacam. Daha pis də ola bilərdi, daha yaxşı da. Müzakirəyə səbəb olacaq qərarlar var.

Bütün matçlarda belə olur. Amma mən Argentinanın dünya kubokunu qazanmasına kölgə salmaq istəmirəm.

Oyundan sonra hakimlə danışdım, amma təfərrüatlara varmayacam. Argentina millisini təbrik edirəm".

Argentina - Fransa finalı 3:3 hesabı ilə başa çatıb və oyunsonrası penaltilərdə 4:2 qalib gələn Cənubi Amerika təmsilçisi dünya çempionluğunu bayram edib.

Digər Xəbərlər
Xəbər Lenti