Messi daha nə etmir ki… Bütün pley-off oyunlarında qol vuran ilk futbolçu

19 Dekabr 2022 10:20 Dünya çempionatı 343
Messi daha nə etmir ki… Bütün pley-off oyunlarında qol vuran ilk futbolçu

Lionel Messi dünya çempionatları tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, Messi 1/8 finalda, 1/4 finalda, yarımfinalda və finalda – bütün pley-off oyunlarında qol vuran ilk oyunçu olub.

Leo ayrıca fransız Jüst Fonten (1958), italiyalı Salvatore Skillaçi (1990) və braziliyalı Ronaldodan (2002) sonra eyni mundialda 6 qol vuran 4-cü futbolçu kimi tarixə düşüb.

Yalnız 1958-də isveçli Nils Lidholm (35 yaş 264 gün) bugünkü Messidən (35 yaş 177 gün) daha qoca ikən mundial finalında qol vurub.

Superulduz ayrıca dünya çempionatlarında 20 qolda (12 qol, 8 məhsuldar ötürmə) birbaşa iştirak etməklə rekordçuya çevrilib.

Mundiallarda qol sayında Peleyə çatan (12) Messi penaltidən ən çox fərqlənən oyunçu olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!