"Bütün məşqçilər arasında həmişə əsas sən olacaqsan"

19 Dekabr 2022 10:00 Dünya çempionatı 356
"Bütün məşqçilər arasında həmişə əsas sən olacaqsan"

“Bu, qızıl parıltılı bürüncdür. Çox çətin matç oldu, amma biz bütün Xorvat xalqı üçün, bizi dəstəkləyən hər kəs üçün medal qazandıq.

Ardıcıl iki dünya çempionatında iki medal qazandıq. Mən bu qələbəni hər şeyi başlayan Çiro Blazeviçə həsr etmək istəyirəm.

Ən azı beş medal qazana bilərəm, amma bütün məşqçilər arasında həmişə əsas sən olacaqsan. Bizdən belə çıxışı az adam gözləyirdi.

Mən futbolçulara zəhmətə və nəticə verən oyuna görə təşəkkür edirəm. Belə turnirdə bürünc medal əladır".

Sportinfo.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç DÇ-2022-də 3-cü yer uğrunda keçirilən Mərakeşlə oyun (2:1) haqda deyib.

"Mərakeşin sağ cinahınında problem olduğunu bilirdik. Zieş Perişiçin öhdəsindən gələ bilmədi və Orsiç onların müdafiəsində çaxnaşma yaratdı" - deyə o bildirib.

Çiro Blazeviç 1998-ci ildə dünya çempionatında baş məşqçisi olduğu Xorvatiya ilə 3-cü yeri tutmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!