Messi arzusuna çatdı, fransızlar ağladı – DANIŞAN FOTOLAR

19 Dekabr 2022 03:20 Dünya çempionatı 486
Messi arzusuna çatdı, fransızlar ağladı – DANIŞAN FOTOLAR

Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olub.

Sportinfo.az xəbər verir ki, finalda son çempion Fransa ilə Argentina üz-üzə gəlib.

"Lusail" stadionunda keçirilən və polşalı referi Şimon Marçinyakın idarə etdiyi oyun dramatik məcrada keçib. Əsas vaxtı 3:3 hesablı bərabərliklə başa çatan oyun penaltilər seriyasına qədər uzanıb.

Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu adının qazanıb.

Bundan sonra meydanda maraqlı anlar yaşanıb. Lionel Messi və komanda yoldaşları tarixi zəfəri qeyd etdiyi bu anlarda Kilian Mbappe göz yaşlarını saxlaya bilməyib.



































Digər Xəbərlər
Xəbər Lenti