Kərim DÇ-nın finalında da oynamayacaq? - Səbəb AÇIQLANDI

18 Dekabr 2022 00:10 Dünya çempionatı 780
Kərim DÇ-nın finalında da oynamayacaq? - Səbəb AÇIQLANDI

Fransanın hücumçusu Kərim Benzema DÇ-2022-nin final matçında iştirak etməyə bilər.

Sportinfo.az xəbər verir ki, buna səbəb Didye Deşamla münasibətlərinin pozulmasıdır.

“L'Équipe” nəşrinin məlumatına görə, onların ulduzları heç vaxt barışmayıb. Bundan əlavə, Benzemanın "Qızıl top" mərasimindəki çıxışında Deşama təşəkkür etməməsi onu incik salıb.

Benzema Fransa millisinin bəzi futbolçularına yaxın olsa da, komandada heç də hamı onunla yaxşı münasibətə malik deyil. Bu səbəbdən oyunçuların əksəri təcrübəli forvardın final görüşündə iştirak etməsində maraqlı deyil.

Benzema DÇ-2022-dən bir neçə gün öncə zədələnərək turnirdə iştirak edə bilməyib.

Didye Deşam onun yerinə futbolçu çağırmadığından hücumçunun adı Fransa millisinin iştirak ərizəsində qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!