FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir

17 Dekabr 2022 03:10 Dünya çempionatı 906
FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir

FIFA-nın Qətərdə keçirilən dünya çempionatında əldə etdiyi gəlir bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.

O bildirib ki, cari mundialdan qazanılan vəsait 10,5 milyard dollar təşkil edib: "Bu isə 4 il əvvəl Rusiyada təşkil olunmuş dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur".

DÇ-2022-yə dekabrın 18-də Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Dekabrın 17-də isə Xorvatiya və Mərakeş seçmələri 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...