Dünya çempionatının final oyununun hakimi kim olacaq?

16 Dekabr 2022 15:20 Dünya çempionatı 934
Dünya çempionatının final oyununun hakimi kim olacaq?

Qətərdə keçiriləcək dünya çempionatının final oyununun baş hakimi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu haqda Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, baş hakim polşalı Şimon Marçiniak olacaq. Yan xətt hakimləri isə Pavel Sokolnitski və Tomaş Listkeviç müəyyənləşib.

Marçiniak daha əvvəl DÇ-2022-nin Fransa - Danimarka (2:1) və Argentina - Avstraliya (2:1) matçlarında iştirak edib.

Final oyunu dekabrın 18-də oynanılacaq və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...