"Bizim bir məqsədimiz var: dünya çempionatını qazanmaq"

14 Dekabr 2022 12:00 Dünya çempionatı 645
"Bizim bir məqsədimiz var: dünya çempionatını qazanmaq"

Fransalı müdafiəçi Rafael Varan DÇ-2022-nin yarımfinal mərhələsi haqda fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in futbolçusu, DÇ-2022-də Fransa millisinin bir məqsəd uğrunda mübarizə apardığını vurğulayıb:

“Biz cari dünya çempionatında yaxşı çıxış edirik. Düzünü desəm, milli komandamız qarşısına həmişə konkret hədəf qoyur: məsələn, dünya çempionatında qələbə.

Bu, bizim əvvəldən planladığımız məqsəddir. Təbii ki, yarımfinala çıxmaq qənaətbəxşdir. Çünki buna nail olmaq asan deyil.

Rəqiblərin səviyyəsi hər dəfə artır. Bütün komandalar var gücü ilə mübarizə aparır. Ancaq bizim bir məqsədimiz var: dünya çempionatını qazanmaq”.

Fransa millisi DÇ-2022-nin yarımfinal mərhələsində Mərakeşlə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...