Keyn penaltini qaçırdı, Fransa yarımfinala vəsiqə aldı - VİDEO

11 Dekabr 2022 01:10 Dünya çempionatı 652
Keyn penaltini qaçırdı, Fransa yarımfinala vəsiqə aldı - VİDEO

Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, yarımfinala son vəsiqənin sahibi Fransa millisi olub.

"Xoruzlar" 1/4 finalda İngiltərə yığmasını mübarizədən kənarlaşdırıb - 2:1. Hesabı 17-ci dəqiqədə fransızlardan Orelyen Çuameni açıb. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Harri Keyn tarazlığı bərpa edib.

78-ci dəqiqədə Olivye Jiru Fransa millisini yenidən hesabda önə keçirib. 84-cü dəqiqədə ingilislər yenə penalti vurmaq hüququ qazanıblar. Lakin topa yaxınlaşan Keyn bu dəfə hədəfdən yayınıb.

Beləliklə, Fransa yığması qələbə sayəsində finala gedən yolda Mərakeş seçməsinə rəqib olub.

Yarımfinal qarşılaşmaları dekabrın 13-ü və 14-də keçiriləcək. Yarımfinalın digər oyununda Argentina və Xorvatiya yığmaları üz-üzə gələcəklər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!