DÇ-2022-də bu gün: Fransa və Mərakeş 1/4 finala yüksəldi

11 Dekabr 2022 01:01 Dünya çempionatı 1 277
DÇ-2022-də bu gün: Fransa və Mərakeş 1/4 finala yüksəldi

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.

Günün ilk oyunundada Portuqaliya millisi Mərakeşlə üz-üzə gəlib. “Əl Tumama” stadionunda oynanılan görüşdə 1:0 hesabı ilə qalib gələn Mərakeş tarixində ilk dəfə yarımfinala yüksəlib.

Digər oyunda İngiltərə və Fransa yığmaları qarşılaşıb. Fransa millisi 2:1 hesablı qələbə ilə yarımfinala yüksəlib.

1/4 finalın digər 2 oyunu dekabrın 9-da oynanılıb. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

10 dekabr

19:00. Mərakeş - Portuqaliya 1:0

Qollar: Yussuf En-Nesiri, 41

Baş hakim: Fakundo Telyo (Argentina)

“Əl Tumama” stadionu

Mərakeş: Yassin Bunu, Romen Saiss, Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş, Yahia Attiyat Allah

Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Ruben Neves, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks

23:00. İngiltərə - Fransa 1:2

Qollar: Harri Keyn, 54 (p) - Tçuameni, 17, Jiru, 78

İngiltərə : Pikford, Uolker, Stounz, Maquayr, Şou, Henderson, Rays, Bellinqhem, Saka, Keyn, Foden

Fransa : Lloris, Kunde, Yupamekano, Varan, Hernandes, Rabyo, Tçuameni, Qrizmann, Dembele, Jiru, Mbappe

Baş hakim: Uilton Sampayo (Braziliya)

“Əl Bayt” stadionu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!