Dovidenja Neymar, davam et Messi...

10 Dekabr 2022 10:40 Dünya çempionatı 382
Dovidenja Neymar, davam et Messi...

Öncə özüm üçün maraqlı bir faktı deyim. 1982-ci il İspaniya dünya çempionatından bəri futbola baxıram, indiyədək üç-dörd müxtəlif komandaya azakeşlik etmişəm, amma…

Braziliya heç vaxt o sırada olmayıb. Səbəbi bəlkə də Argentinadır, Maradondır...

Bu axşam da istisna deyildi. Almaniya bu mundialda bizi “yarıyolda” qoydu, o səbəbdən Xorvatiyanın qalib gəlməsini istəyirdim.

Bəlkə də hələ SSRİ çempionatında Kiyev “Dinamo”sunu, Moskva “Spartak”ını, Tiflis “Dinamo”sunu deyil, daha zəif “Neftçi”yə azarkeşlik etmək daha maraqlı olub, o səbəb də var. Belə götürəndə, Braziliyaya azarkeşlik etməyə nə var ki...

oooo.jpg (88 KB)

Rusiya mundialında finalda Fransaya uduzan (2:4) vitse-çempion Xorvatiya Qətərdə qrupu ikinci pillədə başa vuraraq növbəti mərhələyə adladı və 1/8 finalda yalnız penallaşmalarda Yapaniya millisini evə göndərdi. 2022-ci ildə Xorvatiya son 10 oyunda cəmi birində uduzmuşdu. Brazliya isə bu mundialda eksperimental heyətlə olsa da, artıq Kamerunla (0:1) oyunda məğlubiyyəti dadmışdı.

fff00.jpg (114 KB)

2002-ci ildə Dünya Kubokunun beşinci dəfə qalibi olan Braziliyanın bu dəfə də mundialın mümkün qalibləri sırasında ilk üçlükdə olması qanunauyğun idi. Dörd il əvvəl Rusiyada keçirilən dünya çempionatında Braziliya qrupda birinci yeri tutsa da, 1/4 finalda Belçikaya uduzaraq (1:2) 6-cı dəfə futbol ilahəsini evlərinə aparmaq arzusu yarımçıq qalmışdı. Bu dəfə isə Braziliyanı finalda görənlər daha çox idi.

Bu komandalar arasındakı oyunların statitistikası braziliyalıların daha şanslı olduğunu göstərirdi. İndiyədək olan oyunlarda Xorvatiya heç vaxt qalib gələ bilməmişdi. Brazliya mundiala güclü heyətlə gəlmişdi və Xorvatiya ilə qarşılaşmada da komanda oyunu sərgilədi. Adam bu xorvatlara məəttəl qalır. Xorvatiya Qətər mundialı da daxil olmaqla 5 dünya çempionatının pley-off matçından əlavə vaxta getmişdilər, bu gecə də istisna olmadı.

999.jpg (77 KB)

Braziliya ilə oyunda xorvatlar yaxşı müdafiə olundular, Mahir Emrelinin Zaqreb klubundakı komanda yoldaşı olan gənc qapıçı yenə heyrətləndirdi. Yəqin ki, qapıda başqası olsaydı, braziliyalılar ən azı iki dəfə fərqlənə bilərdilər. Elə hiss olunurdu ki, Cənubi Amerika təmsilçiləri qapıçının ustalığına görə qalibin penallarla müəyyənləşməsini istəmirdilər.

Xorvatiya müdafiəsi əlavə vaxtın ilk hissəsində bir səhv onları hesabda geri saldı. Neymar görüşün 105+1-ci dəqiqəsində fərqlənməsi artıq qələbəyə 90 faiz yaxınlaşmaq demək idi. Braziliya isə bu qoldan sonra oyunu uduzmaq üçün hər şey etdi. Qol vurduqdan sonra qismən arxayınlaşdılar, hətta vaxtı “öldürməyə” çalışdılar. Bu isə xorvatlara hücumlar qurmağa şans verdi. Xorvatiya əlinə düşən yeganə şansı dəyərləndirdi, Petkoviç hesabı bərabərləşdirdi.

Titinin komandası 1/4 finalda xorvatlara rəqib olanda son cümlədə qeyd etmişdim ki, (https://musavat.com/news/asiya-ucun-qara-gun-braziliya-1-4-finalda-xorvatlari-yeye-biler_941025.html) Braziliya 1/4 finalda xorvatları “yeyə” bilər, əgər yenə penallaşma olmasa...

Penallaşma xorvatların bu işdə usta olduqlarını bir daha təsdiqlədi. Braziliyanın mudialdan vaxtsız ayrılması Fransanın işinə yaradı. Mənə görə, Braziliya bu mundialda Fransanın qarşısında dayanacaq tək güclü komanda idi.

22gvvv.jpg (100 KB)

Qətər mundialı türklər demiş, daha bir sözdə çempionu itirdi. Neymarın göz yaşlarını başa düşmək olar. Mundialın bir fərqli anlamı, bir fərqli həyəcanı var. 6-cı dünya çempionluğu arzusu braziliyalılar üçün yenə 4 il sonraya qaldı. Azarkeşləri isə yenə kardondan düzədib bəzədikləri kuboku göz yaşları içərisində evlərinə apardılar. Xorvatların dünya çempionuna layiq oynadığını demək olmaz. Amma bu qələbə şübhəsiz ki, xorvatlara əlavə motivasiya verdi...

Argentinanın rəqibi Niderland yığması dünya çempionatında 1974, 1978, 2010-cu illərdə finalda oynasalar da, qalib ola bilməyiblər. Avropa çempionatında isə yalnız bir dəfə 1988-ci ildə qalib gəliblər. Qullit, Kuman, Van Vasten, Klüvert, Berkamp kimi oyunçular daha niderlandın heyətində yetişmirlər nə işdirsə... İndiki heyət əslində pis sayılmaz, üç-dörd oyunçunu istisna olmaqla əsasən, gənclərdir. Bu mundialda da xorvatlara və belçikalılara yaxın futbol oynayırdılar. Qrup mərhələsində üç oyundan yeddi xal toplamasına baxmayaraq, komanda xüsisi oyunları ilə heyrətləndirmədi. İlk pley-ofda ABŞ-a qarşı matçda daha yaxşı oynadılar, dedilər ki, Lui van Qaal “qoca tülkü” ləqəbini təsadüfi almayıb, qrup mərhələsində bütün kartları dərhal açmaq istəməyib. Amma Argentina ilə oyunda niderlandlalar düz 80 dəqiqə yenə yaxşı futbol oynamadılar.

66ttgg.jpg (100 KB)

1001-ci oyununa çıxan Messinin ötürməsindən sonra komandası irəli çıxdı. Niderlandın ikinci hissədə daha fərqli oynayacağını gözləmək olardı, Van Qaalın komandası ikinci hissədə oyunun axarını dəyişməyə cəhd etdi. Messinin vurduğu penal Niderlandın evə bileti sayıla bilərdi. Amma kim düşünə bilərdi ki, hər şey elə bundan sonra başlayacaq...

jjjjjjjk.jpg (43 KB)

Van Qaalın komandasının vurulan qollardan birinin əvəzini çıxdı, oyunun həyəcanı artırdı. Əlavə olunmuş 10-cu dəqiqədə argentinalılar yıxıldı- hesab bərabərləşdi. Braziliyalıların buraxdığı səhvləri argentinalılar da təkrar etdi. Arxayınlaşdılar, müdafiə yenə Səudiyyə Ərəbistana uduzduqları oyundakı kimi çaşqınlığa düşdü və bir neçə dəqiqədə qələbəni əldən buraxdılar. Əlavə vaxtın 120-ci dəqiqəsində Argentinanın topu dirəkdən qayıtdı. Bu bir işarə idimi? Penallaşmada qəhrəmanlıq sırası Argentinanın qapıçısına çatdı və növbəti mərhələyə çıxan Messinin komandası oldu.

Argentina çətin qələbə qazanaraq yarımfinalda Xorvatiyaya rəqib oldu. Xorvatlar Cənubi Amerikanın ikinci “div”ini də devirə biləcəkmi?

P.s(Başlıqdakı söz xorvat dilində “əlvida” deməkdir)

Nazim SABIROĞLU

Digər Xəbərlər
Xəbər Lenti