İki "lotoreya"da qazanan - Argentina yarımfinalda Xorvatiyaya rəqib oldu - VİDEO

10 Dekabr 2022 02:00 Dünya çempionatı 412
İki "lotoreya"da qazanan - Argentina yarımfinalda Xorvatiyaya rəqib oldu - VİDEO

Argentina Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya rəqib olub.

Sportinfo.az xəbər verir ki, Lionel Skaloninin baş məşqçisi olduğu komanda 1/4 finalda Niderlandı məğlub edib.

Cənubi Amerika təmsilçisi 35-ci dəqiqədə Nauel Molina və 73-cü dəqiqədə Lionel Messinin qolu sayəsində iki top fərqi ilə önə keçib.

Ancaq komanda bu üstünlüyünü qoruya bilməyib. Sonradan meydana daxil olan Vaut Veqhorst 83-cü və 90+11-ci dəqiqədə fərqlənərək, hesabı bərabərləşdirib.

90 dəqiqəsində qol vurulmayan görüşdə əlavə vaxt oynanılıb. Əlavə 30 dəqiqədə də tablodakı rəqəmlər dəyişmədiyindən, penaltilər seriyasından istifadə olunub.

Burada daha dəqiq oynayan (4:3) Argentina yığması adını yarımfinala yazdırıb.

Argentina ilə Xorvatiya arasında DÇ-2022-nin yarımfinal oyunu dekabrın 13-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"