“Bəhanə etməyəcəyik - Bu, pul və çempionluqdan daha önəmlidir”

10 Dekabr 2022 10:00 Dünya çempionatı 368
“Bəhanə etməyəcəyik - Bu, pul və çempionluqdan daha önəmlidir”

Mərakeş milli komandası DÇ-2022-nin 1/4 final mərhələsi çərçivəsində Portuqaliya ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Afrika təmsilçisinin baş məşqçisi Valid Reqraqi açıqlama verib.

47 yaşlı mütəxəssis sürpriz etməyə çalışacaqlarını deyib:

"Biz elit komandalarla oynamağa öyrəşmişik. Bir planımız var, sürpriz etməyə çalışacağıq. Hədəfimizə köklənməli və dəqiqələr irəlilədikcə daha yaxşı olmalıyıq.

Pozitiv ab-havanı hiss edirsiniz. Portuqaliyaya hörmətlə yanaşırıq, möhtəşəm hücumçuları var. Amma onlar da bizim çətin rəqib olacağımızı bilirlər.

Arxamızda Afrika və ərəb xalqı var. Bu, çox vacibdir. Amma biz öncə Mərakeş üçün oynayırıq.

Meydanda kim olursa-olsun, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq və bəhanə etməyəcəyik. Mərakeş xalqını birləşdiririk.

Bu, pul və çempionluqdan daha önəmlidir. Ancaq biz qələb qazanmaq və mundialda bacardığımız qədər irəli getmək üçün buradayıq".

Mərakeş - Portuqaliya qarşılaşması sabah Bakı vaxtilə saat 19:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı