"Biz çoxlu uğura nail olmaq istəyirik, bunu addım-addım gerçəkləşdirəcəyik”

9 Dekabr 2022 21:40 Dünya çempionatı 288
"Biz çoxlu uğura nail olmaq istəyirik, bunu addım-addım gerçəkləşdirəcəyik”

Argentinalı hücumçu Julian Alvares DÇ-2022-nin 1/4 final mərhələsinin Niderland yığması ilə oyunu barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, yarımfinala çıxmaq üçün mübarizə aparacaqlarını bildirib:

“Biz bilirik ki, onların güclü oyunçuları var. Niderland millisi böyük komandadır.

Lakin əlimizdən gələni edəcəyik ki, yarımfinala çıxa bilək. Biz çoxlu uğura nail olmaq istəyirik, amma bunu addım-addım gerçəkləşdirəcəyik”.

Alvares qələbə qazanaraq, ilk dördlüyə düşmək istədiklərini dilə gətirib:

“Çətin oyun olacaq. Yarımfinala çıxmaq, dünya çempionatında ilk dördlüyə düşmək komanda və ölkə üçün çox vacibdir. Bu, bizə inanılmaz sevinc bəxş edə bilər”.

Argentina millisi DÇ-2022-nin 1/4 finalında bu gün Niderland yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi