“Sakitik, özümüzə hakimik və həzz almaq istəyirik”

9 Dekabr 2022 22:00 Dünya çempionatı 415
“Sakitik, özümüzə hakimik və həzz almaq istəyirik”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin 1/4 finalında İngiltərəyə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis komandasının oyuna hazır olduğunu bildirib:

"İngiltərə millisinin zəif nöqtəsi yoxdur. Ola bilsin ki, onların yaxşı bacarmadıqları bəzi şeylər var və biz bundan yararlanmağa çalışmalıyıq.

Rəqibin o qədər də yaxşı olmayan tərəflərini müəyyən etməliyik ki, onlara zərər verə bilək. Dünya çempionatı başlayandan biz sakitik və özümüzə də, hakimik.

Bu, 1/4 finaldır, amma həyəcan yoxdur. Sakitik və oyunlardan həzz almaq istəyirik. Məqsədimiz isə növbəti mərhələyə çıxmaqdır".

İngiltərə - Fransa görüşü dekabrın 10-da Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM