Doğma komandası ilə böyüdüyü ölkəni çempionatdan uzaqlaşdıran Əşrəf - FOTO

8 Dekabr 2022 03:30 Dünya çempionatı 935
Doğma komandası ilə böyüdüyü ölkəni çempionatdan uzaqlaşdıran Əşrəf - FOTO

Dünya çempionatının 1/8 finalının son oyunlarında Mərakeşlə İspaniya üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Mərakeşin oyunçusu Əşrəf Hakimi barədə bir neçə fakt məlum olub.

Belə ki, o, ailəsi ilə İspanyaya köçmüş miqrantlardan olub. Getafe şəhərində böyüyən Əşrəf Hakiminin anası xadimə, atası isə küçə satıcısı kimi çalışıb.

Əşrəfinin İspaniya milli komandasını seçmək şansı olsa da o, doğma ölkəsi adına çıxış etməyi üstün tutub.

Ötən gün isə doğma komandası ilə böyüdüyü ölkəni çempionatdan uzaqlaşdırıb.

Bu matçda penaltilər seriyası Mərakeşin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İspaniya evə yollansa da, Mərakeş tarixdə ilk dəfə 1/4 finala adlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!