Portuqaliya millisinin müdafiəçisi Pepe dünya çempionatının 1/8 final mərhələsində qol vuran ən yaşlı futbolçu olub.
Sportinfo.az xəbər verir ki, futbolçu bu uğura DÇ-2022-nin pley-off mərhələsində İsveçrəyə qarşı keçirdikləri matçda (6:1) fərqlənməklə nail olub.
Görüşün 33-cü dəqiqəsində fərqlənən müdafiəçi 39 yaşında bunu bacarıb.
DÇ-2022-nin 1/4 final mərhələsində portuqaliyalılar Mərakeş yığması ilə qarşılaşacaq.

