"Bir az intuisiya, bir az şans” - İspanlarla matçın qəhrəmanı dedi

8 Dekabr 2022 00:00 Dünya çempionatı 576
"Bir az intuisiya, bir az şans” - İspanlarla matçın qəhrəmanı dedi

Mərakeş millisinin qapıçısı Yassin Bunu dünya çempionatının 1/8 final mərhələsində İspaniyanı mübarizədən kənarlaşdırmalarından danışıb.

Sportinfo.az xəbər verir ki, penaltilər seriyasında uğurlu çıxış edən matçın qəhrəmanı qələbəni inanılmaz adlandırıb:

“Bu qələbəni bütün Mərakeş xalqına həsr edirəm. Topa yaxşı sahib olan İspaniya komandasına qarşı 120 dəqiqə diqqəti saxlamaq asan deyil.

Penaltiləri dəf etməyim bir az intuisiya, bir az şansdır. Əsas odur ki, biz qalib gəldik. Bu, ən vacib şeydir.

Bütün komandaya təbrik düşür. İşi onlar gördülər. Bu, inanılmaz idi”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!