Bu dəfə meydana çıxmayacaq? - Fransa yığmasında Mbappe şoku

7 Dekabr 2022 15:40 Dünya çempionatı 2 668
Bu dəfə meydana çıxmayacaq? - Fransa yığmasında Mbappe şoku

Fransa millisinin ulduzu Kilian Mbappe Qətərdəki dünya çempionatının 1/4 final mərhələsi çərçivəsində İngiltərəyə qarşı keçirəcəkləri oyunu buraxa bilər.

Sportinfo.az xəbər verir ki, topuğundakı ağrılardan əziyyət çəkən 24 yaşlı hücumçu komandasının məşqdə iştirak etməyib.

PSJ-nin formasını geyinən forvard idman zalında bərpa prosesi keçir. Onun vacib qarşılaşmada meydana çıxıb çıxmayacağı sual altındadır.

Dekabrın 10-da keçiriləcək İngiltərə – Fransa matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Mbappe bu mundialda vurduğu 5 qolla hələlik ən məhsuldar futbolçudur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!