DÇ-2022: Portuqaliya və Mərakeş 1/4 finalda - YENİLƏNİB

7 Dekabr 2022 00:53 Dünya çempionatı 557
DÇ-2022: Portuqaliya və Mərakeş 1/4 finalda - YENİLƏNİB

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə yekun vurulub

Sportinfo.az xəbər verir ki, əvvəlcə İspaniya millisi Mərakeşlə qarşılaşıb.

Matçın əsas və əlavə vaxtı qolsuz başa çatıb. Penaltilər seriyasında dəqiq olan (3:0) Mərakeş tarixində ilk dəfə mundialın 1/4 finalına yüksəlib. Mərakeş millisinin qapıçısı Yassin Bunu rəqibin iki penaltisini dəf edib.

1/8 finalın son görüşündə isə Portuqaliya İsveçrə ilə üz-üzə gəlib və 6:1 hesabı ilə qalib gəlib. Beləliklə, Portuqaliya 1/4 finalda Mərakeşlə qarşılaşacaq.

Daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.

6 dekabr

19:00. Mərakeş - İspaniya 0:0

Penaltilər seriyası: 3:0

Baş hakim: Fernando Rapallini (Argentina)

"Edyukeyşn Siti" stadionu

Mərakeş: 1. Yassin Bunu, 5. Nayef Aquerd, 6. Romen Saiss, 2. Əşrəf Hakimi, 3. Nussair Mazraui, 4. Sofyan Amrabat, 8. Azeddin Unai, 15. Sekin Amallah, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesiri, 7. Hakim Ziyeş

İspaniya: 23. Unai Simon, 24. Aymerik Lyaport, 18. Jordi Alba, 5. Serxio Buskets, 16. Rodri, 6. Markos Lyorente, 9. Qavi, 26. Pedri, 10. Marko Asensio, 21. Dani Olmo, 11. Ferran Torres

23:00. Portuqaliya - İsveçrə 6:1

Qollar: Qonsalo Ramuş, 16, 51, 67, Pepe, 33, Rafael Qerreyru, 55, Rafael Leo, 90+2 - Akanci, 58

Portuqaliya: Dioqo Koşta, Pepe, Dioqo Dalot, Ruben Diaş, Rafael Gerreyro, Vilyam Karvalyo, Bernardo Silva, Otavio Monteyro, Bruno Fernandeş, Qonsalo Ramuş, Joau Feliks

İsveçrə: Qreqor Kobel, Manuel Akanci, Fabian Şer, Rikardo Rodriges, Edimilson Fernandeş, Qranit Caka, Remo Froyler, Cerdan Şakiri, Cibril So, Brel Embolo, Ruben Varqas

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

"Lusail" stadionu

Digər Xəbərlər
Xəbər Lenti