“Hazırda bizim üçün bundan vacib heç nə yoxdur”

6 Dekabr 2022 10:00 Dünya çempionatı 140
“Hazırda bizim üçün bundan vacib heç nə yoxdur”

İngiltərə millisinin və “Arsenal”ın hücumçusu Bukayo Saka DÇ-2022-nin 1/8 final mərhələsinin Seneqalla matçı (3:0) barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Saka, dünya çempionatı haqda da fikir bildirib:

“Hazırda bizim üçün bu turnirdən vacib heç nə yoxdur. Seneqala hörmət edirəm, onlar heyrətamiz komandadır. Afrika çempionuna qarşı oyunun asan keçməyəcəyini bilirdik”.

O, Harri Keyni İngiltərə millisi üçün vacib oyunçu hesab etdiyini də deyib:

“Keyn həmişə qol vurmağı xoşlayır. O, bizim üçün vacib oyunçudur”.

İngiltərə millisi DÇ-2022-nin 1/4 finalında Fransa ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti