Braziliya 4:1-lə 1/4 finalda Xorvatiyaya rəqib oldu - VİDEO

6 Dekabr 2022 01:00 Dünya çempionatı 946
Braziliya 4:1-lə 1/4 finalda Xorvatiyaya rəqib oldu - VİDEO

Braziliya Qətərdə keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

Sportinfo.az xəbər verir ki, "sambaçılar" 1/8 finalda Cənubi Koreya yığmasına qalib gəliblər - 4:1.

Hesabı 7-ci dəqiqədə "pentakampeonlar"dan Vinisius Junior açıb. 6 dəqiqə sonra Neymar 2-ci topu rəqibin qapısından keçirib.

29-cu dəqiqədə Rişarlison baxımlı hücumu məntiqi sonluqla tamamlayıb. 36-cı dəqiqədə Lukas Paketa asiyalıları 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Cənubi Koreyanın təsəlli qoluna isə 76-cı dəqiqədə Payk Senq Ho imza atıb. Bu nəticə ilə Braziliya seçməsi növbəti mərhələdə Xorvatiyaya rəqib olub.

Daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala vəsiqə qazanıblar.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...