“Mən növbəti Mbappe ola bilərəmmi? Kompliment üçün təşəkkürlər, amma yox"

6 Dekabr 2022 01:30 Dünya çempionatı 335
“Mən növbəti Mbappe ola bilərəmmi? Kompliment üçün təşəkkürlər, amma yox"

İngiltərə millisinin hücumçusu Bukayo Saka DÇ-2022-nin 1/4 finalında Fransaya qarşı keçirəcəkləri oyundan əvvəl rəqib hücumçu Kilian Mbappe ilə müqayisə olunması haqda danışıb .

Sportinfo.az xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında deyib:

“Mən növbəti Mbappe ola bilərəmmi? Kompliment üçün təşəkkürlər, amma yox. Yalnız bir Kilian Mbappe var .

Eyni zamanda, yalnız bir mən var. Mən özüm olmaq və komandaya bacardığım qədər kömək etmək istəyirəm.

Ətraflı
Turnirdə çoxlu gənc oyunçu var, çox ad çəkə bilərəm. Hətta bizim komandada inanılmaz gənc oyunçu var. Bu, Jude Bellinqemdir.

Mən sadəcə şadam ki, hamımız burada Qətərdəyik və yaxşı işlər görürük. Prioritet məqsəd ən yaxşı gənc futbolçu üçün fərdi mükafat deyil, dünya çempionatını qazanmaqdır.

Mbappeyə gəlincə, o, mənim üçün dünyanın ən yaxşı oyunçularından biridir. O, kosmik səviyyədə bir yerdədir.

Biz onun hansı keyfiyyətlərə malik olduğunu bilirik və onu dayandırmağa çalışmalıyıq. Fransanın bir çox başqa keyfiyyətli oyunçuları var və biz bundan xəbərdar olmalıyıq".

Fransa - İngiltərə görüşü dekabrın 10-u keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti