Messi dünya çempionatındakı favoritini açıqladı: Bu 4 ölkədən biri...

6 Dekabr 2022 00:10 Dünya çempionatı 910
Messi dünya çempionatındakı favoritini açıqladı: Bu 4 ölkədən biri...

Argentina millisinin hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının favoritləri haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, ulduz oyunçu Argentinanın Dünya Kubokunu qazanmaq şanslarını dəyərləndirib və kubok uğrunda mübarizədə digər favoritlərin adını çəkib.

"Argentina güclüdür, həmişə ən yaxşılar sırasındadır. Biz turnir başlamazdan əvvəl bilirdik ki, qalib olmağa iddialılardan biriyik. Bunu meydanda sübut etməliydik. Xoşbəxtlikdən bunu edirik. Ümid edirəm ki, edəcəyik. Bu kiçik addımları atmağa davam ediik”.

"Dünya çempionatında imkan daxilində matçları izləyirik. Turnirin əvvəlində dediyim kimi, Braziliya çox yaxşı oynayır.

Kameruna uduzsa da, Braziliya əsas favoritlərdən biri olaraq qalır, Fransa və İspaniya da favroitdir.

Onlar pley-off mərhələsinə keçsələr də, İspaniya çox yaxşı oynayır. Onlar topu əldə etdikdə nə etmək istədiklərini aydın başa düşürlər.

Düşünürəm ki, Fransa, İspaniya, Brazilya və biz turnirin favoritiyik”, - deyə Messi bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 13:40 Ramil Şeydayev seçildi
28 Yanvar 11:20 Bir az da güclənin!
28 Yanvar 03:20 "Bir də olmasın" - VİDEO