Xorvatlar "lotoreya"da Yaponiyanı üstələdi, 1/4 finala qaldı - VİDEO

5 Dekabr 2022 22:10 Dünya çempionatı 304
Xorvatlar "lotoreya"da Yaponiyanı üstələdi, 1/4 finala qaldı - VİDEO

Xorvatiya Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib.

Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (3:1) Xorvatiya yığması adını 1/4 finala yazdırıb.

Zlatko Daliçin rəhbərlik etdiyi kollektivin növbəti mərhələdəki rəqibi Braziliya - Cənubi Koreya cütünün qalibi olacaq.

Daha əvvəl Niderland, Argentina, Fransa və İngiltərə yığmaları 1/4 finala yüksəliblər.

Digər Xəbərlər
Xəbər Lenti