DÇ-2022: Xorvatiya və Braziliya 1/4 finalda - YENİLƏNİB

6 Dekabr 2022 00:55 Dünya çempionatı 734
DÇ-2022: Xorvatiya və Braziliya 1/4 finalda - YENİLƏNİB

Bu gün DÇ-2022-nin 1/8 final mərhələsinin daha 2 oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk matçında Yaponiya millisi Xorvatiya ilə üz-üzə gəlib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub.

Burada da hesab dəyişmədiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 3:1 hesabı ilə qalib gələn Xorvatiya 1/4 finala yüksəlib.

Günün digər qarşılaşmasında isə Braziliya Cənubi Koreya ilə qarşılaşlb. Oyun cənubi amerikalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Xorvatiya və Braziliya 1/4 finalda üz-üzə gələcəklər.

5 dekabr

19:00. Yaponiya - Xorvatiya 1:1

Pentilər seriyası: 1:3

Qollar: Maeda, 44 - Perişiç, 56

Yaponiya: Qonda, Taniquçi, Naqatomo, Endo, Doan, Morita, İto, Kamada, Tomiyasu, Yosida, Maeda

Xorvatiya: Livakoviç, Barişiç, Perişiç, Lovren, Kovaçiç, Kramariç, Modriç, Brozoviç, Petkoviç, Qvardiol, Yuranoviç

Baş hakim: İsmail Elfat (Braziliya)

"Əl Cənub" stadionu

23:00. Braziliya - Cənubi Koreya 4:1

Qollar: Vinisius, 7, Neymar, 12, Rişarlison, 29, Lukas Paketa, 36 - Seung-Ho Paik, 76

Braziliya: Alison, Danilo, Markinyos, Militao, Tiaqo Silva, Paketa, Kazemiro, Vinisius, Rafinya, Rişarlison, Neymar

Cənubi Koreya: Kim Sın-Qyu, Kim Yen Von, Kim Min-Çje, Kim Mun-Hvan, Kim Jin-Su, Li Je Son, Son Hın Min, Hvan İn-Bom, Hvan Ho Çhan, Çon U En, Ço He-Son

Baş hakim: Kleman Türpen (Fransa)

"974" stadionu

Digər Xəbərlər
Xəbər Lenti