"Çox güc tələb etdi, kuboka doğru bir addım daha atdıq" - MESSİ

5 Dekabr 2022 12:00 Dünya çempionatı 440
"Çox güc tələb etdi, kuboka doğru bir addım daha atdıq" - MESSİ

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-nin 1/8 final mərhələsinin Avstraliya yığması ilə oyunu (2:1) haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, oyuna nəzarət etdiklərini bildirib:

“Düşünürəm ki, matçın gedişatına tam nəzarət etdik. Təşəbbüsü ələ almağı bacardıq. Bəli, son dəqiqələrdə müəyyən qədər boşluqlarımız oldu”.

Peşəkar karyerasında 1000-ci görüşünə çıxan Messi qələbə qazandıqları üçün sevincli olduğunu da gizlətməyib:

“Matç çox güc tələb etdi. Mən bu qələbəyə sevinirəm. Kuboka doğru bir addım daha atdıq”.

1/4 finalda Argentina millisi Niderland yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular