FİFA-dan son qərar: Bu komanda DÇ-2022-də iştirak edəcək

11 İyun 2022 01:40 Dünya çempionatı 783
FİFA-dan son qərar: Bu komanda DÇ-2022-də iştirak edəcək

Ekvador millisi 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə FİFA-nın saytı məlumat yayıb.

Qurum Çilinin müraciətini rədd edib.

Daha əvvəl bildirilmişdi ki, Çili yığmasının vəkili Eduardo Karlezzoda Ekvador millisinin müdafiəçisi Bayron Kastilyonun kolumbiyalı olması ilə bağlı sübutlar var, ona görə də onun Ekvador millisində oynamaq hüququ yoxdur.

Vəkil Kastilonun doğum haqqında şəhadətnaməsini tapdığı və bu, onun 1998-ci ilin noyabrında Ekvadorda deyil, Kolumbiyanın Tumako şəhərində anadan olduğunu göstərdiyi iddia olunmuşdu.

DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti