DÇ-2022: 30 komandanın adı bilindi, qaldı 2-si - SİYAHI

6 İyun 2022 00:30 Dünya çempionatı 959
DÇ-2022: 30 komandanın adı bilindi, qaldı 2-si - SİYAHI

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının 32 iştirakçı ölkəsindən 30-u müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, postsovet məkanından heç bir yığma komanda bu hüquqa nail ola bilməyib.

Əvəzində Avropa zonasından İngiltərə, Belçika, Almaniya, Danimarka, İspaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, Fransa, Xorvatiya, İsveçrə və Uels milliləri DÇ-2022-yə yollanacaq.

Digər qitələrdən isə vəsiqələrə aşağıdakı ölkələr sahib çıxıb:

Cənubi Amerika: Argentina, Braziliya, Ekvador, Uruqvay

Afrika: Qana, Mərakeş, Seneqal, Kamerun, Tunis

Asiya: İran, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya

Şimali Amerika: Kanada, ABŞ, Meksika

Qalan iki komandadan biri iyunun 14-də keçiriləcək Kosta-Rika - Yeni Zelandiya cütünün qalibi olacaq.

Digər yığmaya gəldikdə, əvvəlcə iyunun 7-də Qətərdə BƏƏ və Avstraliya arasında pley-off matçı keçiriləcək.

Görüşün qalibi isə iyunun 13-də eyni ölkədə Peru ilə üz-üzə gələcək. Məhz bu qarşılaşmanın qalibi mundiala yüksələcək.

Digər Xəbərlər
Xəbər Lenti