Ukrayna dünya çemipionatından kənarda qaldı - VİDEO

6 İyun 2022 00:00 Dünya çempionatı 982
Ukrayna dünya çemipionatından kənarda qaldı - VİDEO

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Uels yığması 64 ildən sonra bu hüquqa yiyələnib.

Robert Peycin baş məşqçi olduğu kollektiv pley-off mərhələsinin final qarşılaşmasında Ukraynaya qalib gəlib - 1:0. 34-cü dəqiqədə Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub.

Uels millisi ilk və sonuncu dəfə 1958-ci il dünya çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını 1/4 finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.

DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!