Avropadan DÇ-2022-yə sonuncu vəsiqə kimin olacaq?

5 İyun 2022 18:40 Dünya çempionatı 795
Avropadan DÇ-2022-yə sonuncu vəsiqə kimin olacaq?

Bu gün Uels və Ukrayna arasında 2022-ci il dünya çempionatının pley-off mərhələsinin final oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Kardiff şəhərindəki "Kardiff Siti" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Görüşü ispaniyalı FIFA referisi Mateu Laos idarə edəcək. Bu matçın ardından Avropa zonası üzrə DÇ-2022-yə sonuncu vəsiqənin sahibi müəyyənləşəcək.

UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi. Ukrayna yarımfinalda Şotlandiyaya 3:1 hesabı ilə qalib gəlmişdi.

5 iyun

20:00. Uels - Ukrayna

Baş hakim: Mateu Laos (İspaniya)

Kardiff. "Kardiff Siti" stadionu

Digər Xəbərlər
Xəbər Lenti