"Planlar və görüləsi işlər çoxdur"

29 May 2022 21:00 Dünya çempionatı 741
"Planlar və görüləsi işlər çoxdur"

Gələn ay Dubayda futvolley üzrə dünya çempionatının seçmə mərhələ oyunları keçiriləcək.

Bu barədə Sportinfo.az-a Dünya Futvolley Federasiyasının baş katibi və çimərlik futbolu üzrə beynəlxalq dərəcəli hakim Əfqan Həmzəyev bildirib.

O, iyundakı yarış barədə bunları söyləyib:

"Bildiyiniz kimi, bugünlərdə Birləşmiş Ərəb Əmirliklərində Dubayın idman nazirliyi ilə FİFA-nın birgə təşkilatçılığı sayəsində sabiq futbol ulduzlarının şou xarakterli mini-futbol oyunu keçirilib.

Səfər etmişkən ,stadionların durumuna baxdıq, yerli nümayəndələrlə söhbət etdik. Noyabrda həmin bu ukduzlarla şou xarakterli futvolley matçı təşkil etmək istəyirik.

Bir sözlə, planlar və görüləsi işlər çoxdur. Dubaya səfərimin səmərəli olduğunu deyə bilərəm".

Digər Xəbərlər
Xəbər Lenti