Qətərdə keçiriləcək dünya çempionatını yayımlayacaq - İTV

29 May 2022 12:40 Dünya çempionatı 927
Qətərdə keçiriləcək dünya çempionatını yayımlayacaq - İTV

İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək dünya çempionatını canlı yayımlayacaq.

Bunu İTV-nin baş direktoru Balaş Qasımov deyib.

O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır:

“Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.

Balaş Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb:

“Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, “Maska” şou yanvar ayından efirdə olsun”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!