Cüneyt Çakır kənarda qaldı - DÇ-2022: Hakimlərin adları açıqlandı

20 May 2022 01:20 Dünya çempionatı 512
Cüneyt Çakır kənarda qaldı - DÇ-2022: Hakimlərin adları açıqlandı

FIFA bu il Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına təyinat alacaq hakimləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, siyahıda 36 əsas, 69 köməkçi və 24 VAR hakimi yer alıb.

Türkiyəli məşhur FIFA referisi Cüneyt Çakır mundialdan kənarda qalıb. 46 yaşlı ədalət təmsilçisi 2018-ci ildə Rusiyadakı ənənəvi yarışda iş başında olub.

Ruandalı Salima Mukansanqa, fransalı Stefani Frappar və yaponiyalı Yoşimi Yamaşita mundialların final mərhələsinə təyinat alan ilk qadın hakimlər kimi tarixə düşüb.

DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti