"Vaxtımız var, təmkinli olmalıyıq" - Dünya çempionatının favoritlərini açıqladı

24 Aprel 2022 12:00 Dünya çempionatı 991
"Vaxtımız var, təmkinli olmalıyıq" - Dünya çempionatının favoritlərini açıqladı

Fransa millisinin ulduzu Antuan Qrizmann DÇ-2022-nin favoritlərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, AS nəşrinə danışan yarımmüdafiəçi bunları deyib:

"Favorit Braziliya, İspaniya, Argentina və Fransadır. Vaxtımız var, təmkinli olmalıyıq. Yaxşı komandamız var. Arıdıl 9 oyun uduzmamışıq, bu, yaxşıdır".

DÇ-2022 21 noyabr - 18 dekabrda keçiriləcək. Son dünya çempionu Fransa D qrupunda Danimarka və Tunislə birlikdə yer alıb. Dördüncü komanda isə Peru, Avstraliya və ya BƏƏ olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!