"Mən həzz almaq istəyirəm" - Yığmamızın baş məşqçisindən maraqlı sözlər

13 Aprel 2022 13:20 Dünya çempionatı 577
"Mən həzz almaq istəyirəm" - Yığmamızın baş məşqçisindən maraqlı sözlər

"Serbiyada DÇ-2022-nin püşkatmasına gülürdülər".

Sportinfo.az xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviç dünya çempionatının püşkatması barədə "Fanday" nəşrinə müsahibəsində deyib.

45 yaşlı mütəxəssis Serbiya yığmasının qrupdakı 3 rəqibindən 2-nin yenə eyni komandalar olduğunu bildirib:

"Görünür, kimsə 4 il ərzində topları dəyişdirməyi unudub, rəqiblər eynidir. Yalnız Kosta-Rikanı Kamerun əvəzləyib.

Təbii ki, Braziliya qrupun favoritidir. Amma əvvəlcə İsveçrəyə borcumuz var. Qrupdan çıxmaq üçün real şans mövcuddur.

Serbiyanın son iki ildə oynadığı futbolla mundialda daha uzağa gedə bilərik. Bu komandadan gözləntilər çox böyükdür.

Gözlənilməz olan yeganə məqam dünya çempionatının ilk dəfə qışda keçirilməsidir. Noyabr - dekabrda kimin hansı fiziki durumda olacağını proqnozlaşdırmaq çətindir".

Serbiyalı baş məşqçi finalda favoritlərinin olmadığını sözlərinə əlavə edib: "İlk olaraq qrup mərhələsində futboldan həzz almaq istəyirəm.

Daha sonra Serbiya ilə yanaşı, simpatiya bəsləyəcəyim komanda olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!