“İranı İtaliya əvəz etsin? Ciddisiz?“ - İnfantino cavab verir

6 Aprel 2022 10:00 Dünya çempionatı 1 008
“İranı İtaliya əvəz etsin? Ciddisiz?“ - İnfantino cavab verir

İranda qadınların stadiona buraxılmamasından sonra İtaliya mətbuatı iddia edib ki, bu ölkə dünya çempionatından uzaqlaşdırılacaq.

Sportinfo.az xəbər verir ki, “Sky Sports”un məlumatına görə, İranı İtaliya yığması əvəz etməlidir.

FİFA prezidenti Canni İnfantino bu iddiaya cavab verib:

“İranı İtaliya əvəz etsin? Ciddisiz? Buyurun. İtaliya, demək olar ki, həmişə Dünya Kuboklarında iştirak edir. Bəs digər ölkələr? Onlar da iştirak etmək istəyirlər

Hesab edirəm ki, həmin ölkələrə daha çox ümid vermək vacibdir. Bu bölünmüş dünyada birləşmək çox vacibdir.

İndi ən yaxşı oyunçular ən yaxşı liqalarda oynayır, qalan hər kəs bu hüquqdan məhrumdur”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...