DÇ-2022-nin açılış oyunu ilə bağlı dəyişiklik edildi

4 Aprel 2022 12:20 Dünya çempionatı 911
DÇ-2022-nin açılış oyunu ilə bağlı dəyişiklik edildi

FİFA DÇ-2022-nin təqvimində dəyişiklik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Turnirin açılış oyunu ev sahibi Qətərlə Ekvador arasında olmayacaq. İlk görüşdə Seneqal Niderlandla üz-üzə gələcək. Görüş noyabrın 21-də, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qətər – Ekvador qarşılaşması isə Bakı vaxtı ilə saat 20:00-a təxirə salınıb.

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...