Dünya çempionatına vəsiqə qazanan 29 ölkə - YENİ SİYAHI

31 Mart 2022 14:20 Dünya çempionatı 1 580
Dünya çempionatına vəsiqə qazanan 29 ölkə - YENİ SİYAHI

Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanan ölkələrin sayı 29-a çatıb.

Sportinfo.az xəbər verir ki, son 3 vəsiqənin taleyinə iyunda təşkil olunacaq pley-off qarşılaşmalarından sonra aydınlıq gələcək.

DÇ-2022-yə birbaşa vəsiqə qazananların və pley-off mərhələsində çıxış edəcək yığmaların siyahısı:

DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.

Avropa
Vəsiqə qazananlar (12): Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Almaniya, Niderland, Polşa, Portuqaliya, Serbiya, İspaniya, İsveçrə
Pley-off oyunları. İyun
Yarımfinal: Şotlandiya - Ukrayna
Final: Uels - Şotlandiya / Ukrayna cütünün qalibi

Afrika
Vəsiqə qazananlar (5):
Kamerun, Qana, Mərakeş, Seneqal, Tunis

Asiya
Vəsiqə qazananlar (5):
Qətər (təşkilatçı ölkə), İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
Asiya pley-offu: 7 iyun. Birləşmiş Ərəb Əmirlikləri - Avstraliya
Qitələrarası pley-off: 13/14 iyun: Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi - Peru

Cənubi Amerika
Vəsiqə qazananlar (4):
Argentina, Braziliya, Ekvador, Uruqvay
Qitələrarası pley-off: 13/14 iyun. Peru - Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi

Şimali, Mərkəzi və Karib hövzəsi (CONCACAF)
Vəsiqə qazananlar (3):
Kanada, ABŞ, Meksika
Qitələrarası pley-off: İyun. Kosta Rika - Yeni Zelandiya

Okeaniya
Maksimum 1 komanda ilə təmsil olunacaq
Final
Qitələrarası pley-off: İyun. Yeni Zelandiya - Kosta Rika

Digər Xəbərlər
Xəbər Lenti