Misiri məğlub edən Seneqal DÇ-2022-nin final mərhələsində - VİDEO

30 Mart 2022 01:30 Dünya çempionatı 527
Misiri məğlub edən Seneqal DÇ-2022-nin final mərhələsində - VİDEO

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının daha bir iştirakçısı bəlli olub.

Sportinfo.az xəbər verir ki, Afrika zonası üzrə seçmə mərhələnin 3-cü raundunun cavab oyununda evdə Misiri məğlub edən Seneqal final mərhələsinə vəsiqəni təmin edib.

Görüşün əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 3-cü dəqiqədə Bulaye Dia vurub.

İlk qarşılaşmada Misir yığması eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb. Lakin burada da qalib müəyyənləşməyib.

Penaltilər seriyasında daha dəqiq oynayan (3:1) Seneqal seçməsi DÇ-2022-də iştirak hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"