2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsinin növbəti iştirakçıları bəlli olub.
Sportinfo.az xəbər verir ki, Avropa zonası üzrə pley-off raundunun final oyunlarından sonra daha iki vəsiqənin sahibi müəyyənləşib.
Portuqaliya yığması evdə Şimali Makedoniyanı 2 cavabsız qolla məğlub edib. Hər iki qolun müəllifi Brunu Fernandeş olub.
"Mançester Yunayted"in yarımmüdafiəçisi 32 və 65-ci dəqiqədələrdə fərqlənərək, komandasını DÇ-2022-yə çıxarıb.
Digər matçda isə Polşa millisi İsveçə eyni hesabla qalib gələrək, final mərhələsinə adlayıb.
Meydan sahiblərinin heyətində qolları 50-ci dəqiqədə penaltidən Robert Levandovski və 72-ci dəqiqədə Pyotr Zelinski vurublar.
Digər final görüşündə Uels iyuna təxirə salınmış Şotlandiya - Ukrayna görüşünün qalibi ilə üz-üzə gələcək.
29 mart
Portuqaliya - Şimali Makedoniya - 2:0
Qollar: Brunu Fernandeş, 32; 65
Portu, "Draqau" stadionu.
Polşa - İsveç - 2:0
Qollar: Robert Levandovski, 50 (pen.). Pyotr Zelinski, 72
Xojuv, "Şlyonski" stadionu

