"Bu iki ölkə kənara çəkilməli, Ukraynanı DÇ-2022-yə buraxmalıdır"

27 Mart 2022 02:50 Dünya çempionatı 1 056
"Bu iki ölkə kənara çəkilməli, Ukraynanı DÇ-2022-yə buraxmalıdır"

Britaniyanın tanınmış jurnalisti Cim Uayt maraqlı təkliflə çıxış edib.

Sportinfo.az xəbər verir ki, o, Ukrayna millisinin birbaşa dünya çempionatının final mərhələsinə buraxılmasını istəyib.

Jurnalistin fikrincə, indiki məqamda Ukrayna yığmasının mundiala yollanması Uels və Şotlandiyanın vəsiqə qazanmasından daha vacibdir:

“Uelsli Qaret Beyl və şotlandiyalı Endi Robertson dünya çempionatı arzularından əl çəkməlidirlər. Çünki hamı Andrey Yarmolenko və onun Ukraynasının mundialda iştirakını istəyir.

Uels və Şotlandiya kənara çəkilməli, nə qədər çətin olsa da, Ukraynanı DÇ-2022-yə buraxmalıdır.

Ağır vəziyyətdə olan Ukrayna ilə pley-off oyunları Uels və Şotlandiya üçün mənəvi problemdir. Ukrayna millisinin Qətərə yollanması bütün dünyanın arzusudur”.

Ukrayna millisi DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə qarşılaşmalıdır. Bu cütlüyün qalibi finalda Uelslə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 11:00 Biri də sizin olsun…
22 Aprel 03:00 Nicat heç-heçə etdi
21 Aprel 22:55 Bəhanəyə yer qoymadı