Messi qol vurdu, Argentina qazandı və ikinci yerə yüksəldi - VİDEO

26 Mart 2022 18:20 Dünya çempionatı 946
Messi qol vurdu, Argentina qazandı və ikinci yerə yüksəldi - VİDEO

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında 17-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Argentina milli komandası doğma meydanda Venesuelanı qəbul edib.

Qarşılaşma Lionel Skaloninin yetirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 38-ə yüksəldən Argentina yığması turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Venesuela isə 10 xalla sonuncu yerdədir.

Argentina - Venesuela 3:0

Qollar: Nikolas Qonzales, 34, Anxel Di Mariya, 79, Lionel Messi, 82

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...