Daha iki ölkə dünya çempionatına vəsiqə qazandı

25 Mart 2022 18:40 Dünya çempionatı 721
Daha iki ölkə dünya çempionatına vəsiqə qazandı

dünya çempionatına daha iki milli komanda vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, seçmə mərhələnin Cənubi Amerika zonasında Ekvador və Uruqvay ötən gecə mundialın final mərhələsinə getməyə haqq qazanıb.

Uruqvay XVII turda evdə Perunu 1:0 hesabı ilə məğlub edib. Ekvador isə səfərdə Paraqvaya 1:3 hesabı ilə uduzsa da, xal fərqinə görə çempionata vəsiqə qazanıb.

Qeyd edək ki, bu ilki dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!