Yaponiya millisi Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, komanda buna seçmə mərhələnin IX turunda səfərdə Avstraliyanı 2:0 hesabı ilə məğlub etməklə nail olub.
Beləliklə, xallarının sayını 21-ə çatdıran yığma sona bir tur qalmış ən azı ikinci pilləni təmin edib.
Dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək. İndiyədək Yaponiya seçməsi ilə yanaşı, Qətər, Almaniya, Danimarka, Braziliya, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Argentina, İran və Cənubi Koreya da final mərhələsinə vəsiqə əldə edib.

